ArxivXəbər lentiXəbərlər

Həmsədrlər Məmmədyarovla Nalbandyanın görüşünü hazırlayırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin növbəti görüşünün təşkili üzərində işləyirlər.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün amerikalı həmsədr Riçard Hoqland bildirib:

“Hazırda həmkar-həmsədrlər ilə XİN rəhbərlərinin görüşü üçün optimal zamanın, eləcə də həmsədrlərin regiona səfəri üçün uyğun zamanın seçilməsi üzərində çalışırıq”.

Amerikalı diplomat qeyd edib ki, Azərbaycan və Ermənistana səfər imkanını səbirsizliklə gözləyir.

Daha öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bəyan etmişdi ki, fevralın 17-19-da Münhendə Təhlükəsizlik üzrə konfransda onun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button