ArxivXəbər lenti

Astara terminalında aşırılan yükün həcmini artırıb

  • 2020-ci ilin yanvar-oktyabr aylarında “ADY Express” şirkəti İran ərazisində yerləşən Astara terminalında sutkada orta hesablar 1 414 ton yük aşırıb.

Bunu Trend-ə “ADY Express” MMC-nin mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,6 faiz artıb:

“Ümumilikdə, 2020-ci ilin yanvar-oktyabr aylarında 357 823 ton yük aşırılıb. Bunlardan 49 faizi Astara istiqamətinə gətirilən yüklər, 51 faizi Astaradan daşınan yüklər olub”.

O bildirib ki, Şimal-Cənub marşrutu ilə yük daşımaların həcminə görə Rusiya və İran liderlik edib:

“Daşınan yüklərin əsas hissəsini ağac və oduncaq, tikinti materialları, meyvə, tərəvəz, taxıl və digər məhsullar təşkil edib. Gün ərzində ortalama 29 vaqon yük daşınıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button