Hər kəs ədalət istər

Zulümlərin, haqsızlıqların ortadan qalxmasını, ədalətli bir dünyanın var olmasını istər və bu sayədə dövlət və cəmiyyət nəzdində ədaləti təmin etmək üçün müəyyən qaydalar qoyulur.
Ancaq ədaləti təmin etmək və haqsızlıq edənləri cəzalandırmaq üçün edilən bu tədbirlərin mütləq ədaləti heç bir zaman gətirməyəcəyi açıqdır. Çünki zülmləri edənlər insan olduğu kimi bunları qarşısını almaq üçün qaydalar qoyan da insandır. İnsan mütləq ədaləti təmin edə bilməz çünki bunu necə edəcəyini belə bilməyəcək qədər acizdir. Bununla birlikdə mütləq ədalətin heç bir zaman gerçəkləşməyəcəyi düşüncəsi ağla gələ bilər. Ancaq bu düşüncədə olanlara Platonun həyatı boyunca axtardığı mükəmməldir dünyasının olduğu kimi ədalətin də mütləq olaraq var olacağını söyləmək istəyirəm.Ədalət mütləq olaraq vardır çünki Allah vardır. Dekartın Allahın varlığını sübut etmək üçün etdiyi ağıl icra misal olaraq versək: “Allah tərifi gərəyi mükəmməldir. Məcburi olaraq var olan varlıq mükəmməldir. Elə isə Allah məcburi olaraq vardır.”
Onun xaricində heç bir varlıq məcburi deyil. Allah var olduğuna və mükəmməl olduğuna görə ədaləti də mükəmməl olaraq təmin edə biləcəyini söyləyə bilərik. Ancaq bu ağla gələ bilər ki bir çox insanın başında olan suallardan biridir: “Dünyada bu qədər ədalətsizlik olarkən Allah niyə buna icazə verir?”
Bu suala bir filosofun əsrlər əvvəl vermiş olduğu bir misalla cavab verə bilərik: “Bir uşaq düşünün. Atasından nifrət edir çünki atası ona istədiklərini vermir. Bu səbəbdən ötəri uşaq atasının mərhəmətsiz, zalım bir adam olduğunu düşünür. Halbuki atası uşağının istəklərini gerçəkləşdirirsə onun həddini aşacağını, həyatın gerçəkləriylə üzləşməyəcəyini və nəticədə yetkin bir insan ola bilməyəcəyini düşündüyü üçün bunu edir. Halbuki uşaq bunu başa düşə bilmir. Uşağın atasının bu davranışını anlamaması və bu səbəbdən onu ədalətsizlikdə günahlandırması eynilə insanın istədiklərinin reallaşmaması və dünyadakı haqsızlıqları görüb istəsə bunları dərhal sovuşduran olan Allahı günahlandırmasına bənzər. İnsan istəkləri reallaşmayınca dərhal ağlayan bir uşaq gibi səbrsizsidir. Halbuki, Allah heç bir zaman ədalətsiz deyil. Allahın bu dünyadakı ədalətsizliklər qarşısını almaması, icazə verməsi, bəndələrinə çətinliklər verməsinin səbəbi bu dünyanın insanlıq üçün bir imtihandan başqa bir şey olmamasından qaynaqlanır.
Allahın bu dünyaya verdiyi heç bir dəyər yoxdur. Bu dünya Platonun axtarıb da tapa bilmədiyi mükəmməldir dünyası deyil. Ancaq gerçək həyatın öldükdən sonra olması səbəbiylə hər baxımdan ədalətin sağlanacağı mükəmməldir dünyası reallaşacaq. Dünyada əməllərimiz sonsuzluqda açıqlanacaq. Həm də ən incə detalına qədər.Bu sözlər materialist düşüncədə olan insanlar üçün heç bir məna ifadə etməz. Çünki onlar üçün əhəmiyyətli olan maddədir. Görmədiklərini inanmazlar. Əslində inanmaq istəməzlər. Aşiq olarlar görmədən eşqə inanarlar, nifrət edərlər görmədən nifrətə inanarlar, amma mövzu Allaha inanmaq olduğunda nə görsələr inanmaları lazım olana inanmamaq üstün tutarlar. Onlara ədalətin heç bir zaman itirilmədiyi, hətta hər an işləməyə davam etdiyini xatırlatmaq istərdim. Hər nə qədər görmədiklərini inanmasalar da …
yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!