Şəhid Ənvər Fərəcov

Vetenugrunda.az oxucularına Milli Qəhrəmanımızı xatırladacaq.
Ənvər Fərəcov Sarov kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır.
1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.
O, 18 avqust 1991-ci ildən Qarabağ döyüşlərinə atılır.
Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci ildə düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçir. Bu, Ənvər Fərəcovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına döyüşür və Şəhid olur.
Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub.
Ənvər Fərəcovdan bu vətənə iki övladı əmant qalıb.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülüb.
Haqqında Zamin Məmmədov “Vətənə dönənim” adlı film çəkib.