Həsən Ruhani rəsmən İranın 12-ci prezidenti oldu

Tehranda Həsən Ruhaninin səlahiyyətləinin icrasına başlaması münasibətilə mərasim keçirilib
Qafqaz.ir khamenei.ir-ə istinadla xəbər verir ki, 12-ci prezident kimi Həsən Ruhaninin səlahiyyətlərinin icrasına başlanması münasibətilə keçirilən mərasiminində Ayətullah Xamenei də iştirak edib və Ali lider Həsən Ruhanini təbrik edib.
Həsən Ruhani burada çıxışı zamanı bildirib ki, 12-ci hökumətin hədəfində əsasən müqavimətli iqtisadiyyat prinsipinə əsaslanan məşğuliyyətin artırılması, iş yerlərinin açılması və yoxsulluğun azaldılması hədəfi duracaq.
Bu arada İran rəsmi mənbələri 12-ci hökumətdə Həsən Ruhani il birgə işləyəcək nazirlər kabinetinin siyahısının hələ tam açıqlanmadığını deyiblər.
Məlumata görə, Həsən Ruhaninin sabiq nazirlərindən 7-in onunla qalması dəqiqdir. Qalanlarının qalması, getməsi və ya postunun dəyişdirilməsi hələ məlum deyil.
FOTOLAR: