Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.
qafqaz.ir-in faktxeber.com-a istinad xebere gore. məlumatına görə, bu barədə APA-nın yerli bürosuna açıqlamasında Məhəmməd Cavad Zərif məlumat verib.
Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək.
“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, – iranlı nazir vurğulayıb.