Xəbərlər
Bir gecədə 500 polis vəzifəsindən kənarlaşdırıldı

Türkiyədə Gülən Camaatına qarşı prokurorluqda başlayan təmizləmə əməliyyatında güclü hücuma keçən AKP hökuməti dünən gecə 500 kadrın çalışdığı yeri dəyişdirib.
Prokurorluqda Gülən Camaatına qarşı başlanan təmizlik əməliyyatında ötən gün Ankarada 6 prokurorluq müşaviri vəzifəsindən kənarlaşdırılıb. Vəzifəsindən kənarlaşdırılan 3 prokuror müşaviri rüşvətxorluq və qaçaqçılıq əməliyyatının ardınca vəzifəyə gətirilmişdi.
Dünən həyata keçirilən vəzifə dəyişikliyi ilə bağlı xüsusilə Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi olmaqla Prokurorluqda bir gecədə 500 nəfərin iş yeri dəyişdirilib.