İsrailin Latet müəssisəsi işğal edilmiş Fələstin ərazilərində 2 milyondan çox yoxsulun olduğunu bildirib.
İRİB-nin verdiyi məlumata görə, Latet müəssisəsinin statistikasına əsasən işğal edilmiş Fələstin ərazilərində yaşayan əhalinin təqribən dörddə biri iqtisadi problemlərdən əziyyət çəkir və onların yoxsulluq xəttinin altında olduqlarını demək olar.
Bu statistik məlumatlara görə, İsraildə yaşlı təbəqə də münasib yaşam şəraitinə malik deyil. Belə ki, yaşlıların təqribən 92%-i aldıqları təqaüdün gündəlik xərclərini ödəmədiyini deyirlər.
Yoxsulluq İsrailin başlıca problemi sayılır.