Bakıda uşaqlar və böyüklər üçün `Mövlud Olimpiadası` keçirilib – FOTO

Paytaxt Bakıda İçərişəhər “Cümə” məscidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilə, əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və “Vəhdət həftəsi”münasibətilə elmi-intellektual yarış – “X Mövlud Olimpiadası” keçirilib.
203 iştirakçının qeydiyyatdan keçdiyi X “Mövlud Olimpiadası” duaların edilməsi ilə başlanıb. I mərhələnin yekunlarına görə, olimpiada iştirakçılarından 58 nəfər 17 və daha çox xal toplamaqla, ikinci mərhələyə keçib.
Daha sonra ikinci mərhələ keçirilib. İkinci mərhələdə də 17 və daha yüksək xal yığan 28 iştirakçı üçüncü – Final mərhələsinə keçmək imkanı qazanıb.
Finala çıxmış 15 nəfər iştirakçı 19 xal toplamaqla önəmli nəticəyə görə təltif olunmuşdur.
Allahverdiyeva Xədicə xanım və Qasımbəyli Nərgiz xanım Final mərhələsində 24 xal toplamışlar. Amma, öncəki mərhələlərin nəticələrini nəzərə alaraq Allahverdiyeva Xədicə xanım 62 xalla III yeri, Qasımbəyli Nərgiz xanım 70 xalla II yeri tutmuşdur.
Final mərhələsində 26 xal toplamış (cəmi 75 xal) İsmayılova Gülsüm xanım I yeri tutmaqla X “Mövlud Olimpiadası”nın qalibi olmuşdur.
Qeyd edək ki, Mövlud Olimpiadasının sualları “Fiqh təlimləri” kitabından tərtib edilib. Builki Olimpiadanın sualları kitabın “Təharət”, “Namaz”, “Oruc”, “Xüms” bölmələrinin seçmə hissələrini əhatə edir. Mövlud Olimpiadasının keçirilməsinin ən mühüm hədəfi – maarifçiliikdir.
Ötən gün İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə həmçinin VI “Uşaq Mövlud Olimpiadası” keçirilib. Olimpiadaya müxtəlif yaş həddində 114-dən çox uşaq qatılıb.