ArxivXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanovun həbsindən 5 il keçir

Düz 5 il bundan öncə….

İslamazeri.az xəbər verirki, bu gün hacı Abgül Süleymanovun həbsindən 5 keçir. Çıxışlarında islamofobik siyasəti tənqid edən ruhani 2011-ci il avqust ayının 11-i MTN əməkdaşları tərəfindən saxlanılır, MTN rəsmi məlumat yayaraq  ona qarşı “İrana işləmək” ittihamı vurulur, lakin istintaqda bu ittihamlar təsdiqini tapmır və sübut, dəlillərin olmamasına görə, istintaqda ruhani, bu ittihamlardan bəraət alır. Lakin ona qarşı irəli sürülən digər ittihamlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi ruhaniyə 11 il həbs cəzası kəsilir.

 Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.  Ruhani bütün ittihamları rədd edir və məhkəmədə həbsinin sifariş əsasında olduğunu sübut edir. (Hacı Abgül Süleymanovın müstəntiq ilə söhbətindən).

Qeyd edək ki, Abgül Süleymanovun istintaqını qərəzli aparan MTN İstintaq Baş İdarəsinin şöbə rəisi, polkovnik leytenant Vüsal Ələkbərov MTN-nin içindəki cinayətkar qruplaşmanın tərkibində olmaqda ittiham olunaraq həbs olunub. Xatırladaq ki, O, 1976-cı ildə, avqustun 7-si Bakı şəhərində dünyaya gəlib. Cavan yaşlarından dinə maraq göstərən ruhani 24 yaşından təbliğatçılıqla məşğul olub. Əhli-beyt (ə) təfəkkürünün cəmiyyətdə aşılanması və əzadarlıq mədəniyyətinin yaşanması üçün ruhani hər həftə təşkil olunan “Cəfəri” heyətini və daha sonra “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyini təsis edir. Azərbaycanda dini bilgilərə yiyələnən Hacı Abgül Süleymanov daha sonra təhsilini artırmaq üçün İranın Qum şəhərinə yollanır.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button