Aktual
Hacı Abgül Süleymanovun işi Ali Məhkəməyə gedə bilər

Cavad Cavadlı “Media forum”a açıqlamasında bu barədə danışıb: “İlkin baxışda vəsatət qaldırdıq ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılaraq baxılsın. Amma istəyimiz qəbul edilmədi. Bu qərardan narazı qaldığımıza görə, çox güman, kassasiya şikayəti verəcəyik. Abgül Süleymanovla məsləhətləşdikdən sonra konkret qərar qəbul olunacaq”.
Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. Mayın 10-da vəkili bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya şikayətinə iyulun 23-də baxılacaq.