Yeniləndi 17:55 – İslamazeri.az-ın əldə etdiyi dəqiq məlumata görə, Hacı Abgül Süleymanov dünən (6 mart) CÇM-nin daxili qərarına əsasən 5 sutkalıq cəza kamerasına salınıb. Qeyd edək ki, saytın əldə etdiyi digər məlumata görə, ruhaninin cəza kamerasına salınmasının səbəbi Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.
Yeniləndi 13:40: İslamazeri.az-ın əldə etdiyi xəbərə görə, Hacı Abgül Süleymanov dünən (6 mart) saat 18 radələrində cərimə kamerasına salınmasının səbəbi Şeyx Sərdar Hacıhəsənli ilə bağlı yaydığı bəyanat və bəyanatın KİV-də əks səda doğurması olub.
12:54 – 11 saylı Cəza Çəkmə Müəssisəsində həbsdə olan ruhani Hacı Abgül Süleymanov dünən (6 mart) saat 18 radələrində cərimə kamerasına salınıb.
Bu barədə İslamazeri.az-a onun yaxınları məlumat verib.
Ehtimal edilir ki, ruhaninin cəza kamerasına salınmasına səbəb Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz etməsi olub.
CÇM-dən İslamazeri.az-a“Sizə bu haqda kim məlumat verib; belə bir şey və bu haqda məlumatımız yoxdur” bildirilib.
Qeyd edək ki, ötən həftənin şənbə günü “Abgulsuleymanov.com” saytında ruhani Hacı Abgül Süleymanovun həbsxanadan göndərdiyi məktubu yayımlanmışdı. Məktubda Şeyx Sərdar Hacıhəsənlinin namaz qıldığına görə həbs olunması pislənilib. Hacı Abgül Süleymanov hamını həbs edilən ruhaniyə dəstək verməyə çağırıb.