ArxivXəbər lentiXəbərlər
Suriyada Rəşad İsmayılov adlı İŞİD-in azərbaycanlı üzvü ələ keçirildi – Video

Suriyanın şimalında fəaliyyət göstərən və əksəriyyəti kürdlərdən ibarət olan ABŞ dəstəkli “Suriya Demokratik Qüvvələri” Fərat çayının şərq sahilində İŞİD terrorçularını ələ keçirib.
Eastnews.org-un verdiyi xəbərə görə, SDQ ələ keçirdiyi əcnəbi İŞİD üzvlərinin arasında 1 azərbaycanlının, Dağıstandan olan bir kişi və qadının olduğunu bəyan edib.
Yaxalanan azərbaycanlının 1974-cü il təvəllüdlü, ləqəbinin Əbu Zəkəriyə Azəri, soyad, ad və ata adının isə İsmayılov Rəşad Rafiq oğlu olduğu bildirilir.