Xəbərlər
İranda daha bir kitab Azərbaycan dilində çapdan çıxıb

Üç bölmədə, nəfis tərtibat və yüksək poliqrafiya ilə nəşr edilmiş kitabda şairin vətəninə və xalqına tükənməz sevgisi, nəcib hisləri tərənnüm edilir
İranın ədəbi mühitində özünəməxsus yazı üslubu ilə nüfuz qazanan şair Səhənd Bulud Qaraçorlunun “Qardaş andı” kitabı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində çapdan çıxıb.
Tədqiqatçı Səid Muğanlı tərəfindən çapa hazırlanmış 1073 səhifəlik kitaba şairin bu vaxtadək dərc olunmuş və əlyazma şəklində qorunmuş bütün şeirləri daxil edilib.
Üç bölmədə, nəfis tərtibat və yüksək poliqrafiya ilə nəşr edilmiş kitabda şairin duyğuları, vətəninə və xalqına tükənməz sevgisi, nəcib hisləri tərənnüm edilir.
ANSPRESS