ArxivXəbər lentiXəbərlər

Hacı Abgülün uşağı ilə uşaq ola bilərsən cənab Arifoğlu?

Bəs görəsən Arifoğlu özü bir dəfə özünə zəhmət verib nahaqdan şərlənib həbs edilən ruhanilərin, tələbələrin evlərinə şar alıb gedib uşaqları ilə oynayıbmı?
Yoxsa siz də fələstinli uşağısınız?

qafqaz.ir nur-az.com-a istinad xebere gore.”Müsavat” qəzeti, başda Rauf Arifoğlu olmaqla məlumdur ki, sionizmin, bir də yerli iqtidarın dəyirmanına su tökməklə məşğuldur. Adamın – dəfələrlə görmüşük ki, işi-gücü Əli Həsənov və onun komandasına yalaqlanıb, iqtidar üçün jurnalist toplamaq, prezidentdən ev alıb onlara verməkdir. Bir də başqa vaxt mənəviyyatdan, vətənə sevgidən danışan bu məxluq başqa saytlarda və “Müsavat” saytında lüt qızların reklamlarını edib reytinq və pul qazanır. Bütün günü qəzetlərində çürüməsini hər mitinqdən sonra aləmə car çəkdikləri müxalifətin və haqqı tapdanan xalqın əleyhinə danışırlar. Bir dəfə məzlumun səsinə hay verməyiblər.

Təzəlikcə saytlarında “Günün videosu” adlı bir video yerləşdiriblər. Arifoğlu haram yeməkdən harınlayıb, haqqı görə bilməməsi bir tərəfə, beyni də çürüyüb sıradan çıxıb. Ən sadə bir şəkildə bunun izahı budur ki, saat 13:55-də sayta qoyduqları videonu “günün videosu” adıyla qoyublar. Gör indi bunlarda ağıl var? Əlli ildir qəzet işlədirlər, hələ bu vaxtacan anlamayıblar ki, gün hələ nəinki qurtarmayıb, günün yarısı təzə olub (saat 13:55-də) bunlar isə “uje” günü sona çatdırıblar. Daha anlamayıblar ki, bəlkə bundan sonra elə hadisə baş verəcək ki, aktuallıqda bu videodan daha yaxşı olacaq. Məsələn, ola bilər bir saat sonra Paşinyan çıxıb desin ki, biz Qarabağı öz sahiblərinə qaytarırıq. Onda Arifoğlu neyləyəcək? Bundan gözəl xəbər ola bilərmi Arifoğlu üçün? Bəli ola bilər. Məsələn “prezident Arifoğluna ev verib” xəbəri. Günün videosu budur ee.

Nə isə, bu barədə o qədər də yubanmaq lazım deyil. Amma maraqlı olan bilirsinizmi nədir? Bunların “Günün videosu” dedikləri Trampa oxşayan bir kişinin 1 iyun – Beynəlxalq Uşaq Hüquqularını Müdafiə Gününə həsr olunmuş tədbirə qatılıb güya zahirdə uşaqla uşaqlaşması, onunla şar üstündə dalaşması, yıxılması, ağlaması və s. hadisələrdir.

Bu bədbəxtlər anlamırlar ki, Trampın prezident olduğu ölkənin uşağı ilə prezidentə yaltaqlandığı üçün ev alan jurnalistin yaşadığı ölkənin uşağı eyni deyil. Oranın uşaqları yağ-bal içində yaşayırlar, nəinki uşaqlarının, hətta itlərinin, pişiklərinin də hüquqları lazımi səviyyədə qorunur. Azərbaycanda isə bir vaxtlar müxalifətçilik edən bəzi jurnalsitləri vaxt gəlir qabaqlarına yal atıb “it kimi” hürməyə vadar edirlər.

Qəzet yazır: “”Uşaqla uşaq, böyüklə böyük olmaq” idiomatikasını əldə rəhbər tutan “prezident”, göründüyü kimi, uşaqlara qoşulub əylənir. O, üzərinə mindiyi şarı ondan almaq istəyən şəxslə eynilə uşaq kimi öcəşir, mübahisə edir, sonda özünü yerə sürtür, ağlayır… Beləliklə, ortaya xeyli məzəli və ibrətamiz görüntülər çıxır.”

Bəs görəsən Arifoğlu özü bir dəfə özünə zəhmət verib nahaqdan şərlənib həbs edilən ruhanilərin, tələbələrin evlərinə şar alıb gedib uşaqları ilə oynayıbmı? Ümumiyyətlə vicdanını itirən Arifoğlu və onun kimi iqtidarın quyruq bulayanları hünər edib Hacı Abgülün uşağı ilə uşaqlaşa bilərlərmi? Onlar bilirmi ki, bütün günü qarşısında quyruq buladıqları İlham Əliyevin rəhbərlik etdiyi ölkədə müxalif qohumuna görə şərlənib həbs edilən tələbənin evdə gözüyaşlı balası atasının harasa səfər etdiyi zənn edir?

Və yaxud Arifoğlu hünər edib bir dəfə Fələstinə gedib orada fələstinli uşaqlarla uşaqlaşa bilərmi? Görəsən bu “1 İyun” fələstinli uşaqlarına aid deyilmi?

Qəzet yazır: “Dünyanın ən qüdrətli dövlətinin ən qüdrətli siyasi xadiminin özünün də komplekssiz və artist biri olması, təbii ki, başqa məsələdir. Ancaq bu “Tramp”ın bu görüntülərlə verdiyi mesaj da önəmlidir. “Tramp” demək istəyir ki, insan nə qədər böyük vəzifəli, zəngin olsa da, onun içində mütləq bir uşaq yatır.”

“Trampın” verdiyi mesaj başına dəysin, o, Trampa başa salmalı idi ki, ay insanlığını itirmiş – xarici insan, daxili heyvan olan məxluq, axı sənin də içində bir insan yatmalıdır. Bir dəfə Fələstinə gedib niyə orada soyqırıma məruz qalan körpələrlə bu cür oynamırsan? Elə “Trampın” mesajı Arifoğluna da aiddir. Demək istəyirik ki, Arifoğlu nə qədər prezidentdən ev alsa da, onun qəlbi mərhəmət, mənəviyyat üçün bir ev olmalıdır. Onun içində uşaq yox, mütləq bir insan, kişi yatmalıdır. Bəsdir içinizdə yaltaq bəslədiniz. Çıxın haqqı tapdanmış, atası 250-300 manata fəhləlik edən uşaqların haqqını qoruyun. Atası nahaqdan həbs edilmiş uşaqların məzlumiyyətini dünyaya çatdırın.

Qarşıdan Beynəlxalq Qüds Günü gəlir. Bu gün dahi siyasətçi, ruhani alim, dünya hegemonlarının himayə etdiyi şahı ölkəsindən qovan İmam Xomeyni tərəfindən əsası qoyulan bir gündür. Buna baxmayaraq bu gün hətta ABŞ, İsrail ölkələrində belə sionizm əleyhinə aksiyalar təşkil edilir, bütün dünya sionizmi lənətləyir. Hətta dinc, insanpərvər, ruhani yəhudilər belə bu gün sionist rejimi lənətləyir. Bu il də Ramazanın son cümə günü bu möhtəşəm aksiyalar keçiriləcək. Vicdanı olan hər kəs bu aksiyaları dəstəkləməli, fələstinli uşaqların hüquqlarını qorumaq naminə var gücü ilə çalışmalıdır. Dünyanı sionist İsrail adlı bir xərçəngdən təmizləmək lazımdır. Hər birimiz özümüzü fələstinli uşaq hesab etməliyik. Çünki fələstinli uşaqların yaşadıqları aqibət bir gün bütün müsəlman uşaqları yaşayacaq. Xüsusən də bizim Qarabağ kimi dərdimiz var. Bütün dünya şuşalı, qarabağlı uşaq olsa, bu bizim xoşumuza gəlməzmi? Deməli, biz də fələstinli, iraqlı, suriyalı, əfqanlı uşaq olmalıyıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button