Hacı Elçin Manafov: “Axı bu hansı qeyrətə sığar məhrəminlə, hətta qızın kimi sayılanla evlənəsən?”

Son günlər gündəmi zəbt edən tükürpədici hadisə demək olar ki, hər kəsin əsəblərini tarimar edib. Söhbət 8 illik evliliyini qardaşının qızına görə bitirən, 3 uşaq atası 26 yaşlı Həsən Səfərovdan gedir.
Xatırladaq ki, S.Həsən bir müddət əvvəl evlənmək məqsədiylə ailəsini ataraq 2 uşaq anası olan qardaşı qızını qaçırıb. Hətta qardaşı qızıyla dini nikaha da daxil olub.
Əsəblərinə hakim ola bilməyən vətəndaşlar etiraz olaraq sosial şəbəkələrə üz tutub. Hər kəs baş verən xoşagəlməz hadisə səbəbkarlarına qarşı nifrıt dolu sözləri ilə hirslərini qismən sakitləşdirməyə çalışır. Əlbəttə bir azərbaycanlı, üstəlik müsəlman kimi hər kəs tərəfindən bu hal cəmiyyətimizdə birmənalı qarşılanmadı.
Bəs görəsən bu barədə İslamın mövqeyi nədir? Mövzuya aydınlıq gətirmək üçün suallarımızı “Maarifçiliyə Dəvət” İB-nin sədri, ilahiyyatçı hacı Elçin Manafova ünvanladıq.
Hacı, öncə sizin bir vətəndaş kimi cəmiyyətdə geniş rezonans doğuran bu məsələyə münasibətiniz maraqlıdır.
“Əvvəla münasibət bildirmədən öncə bunu deyim ki, hər kəs kimi bu xəbər mənəd ə çox pis təsir etdi. Üstəlik Azərbaycanda. Axı biz dünyada qeyrət, namus sağlam əqidəmizlə tanınmışıq. Bizim nənə babalarımız ömürboyu öz qeyrət-namuslarıyla şöhrət tapıblar. İsmətli, yüksək əxlaq sahibləri nənə babaların yaşadığı Azərbaycanda eşidəndə ki, əmi öz doğma qardaşı qızıyla evlənib adam dəhşətə gəlir. Üstəlik evli ola-ola. İndi görün Allahın nəqədər qəzəbinə səbəb olan əməlləri var bunların. Axı bu hansı qeyrətə və vicdana sığar öz məhrəmiylə, hətta qızı kimi qəbul edilənlə bu addımı atasan. Vallah bu günahdır, həm insani baxımdan həm dünyəvi həm də dini baxımdan. Hətta götürək bu sənin qardaşın qızı deyil, amma başqasının xanımıdır. Ona qarşı necə göz dikə bilərsən. Evli xanımla cinsi münasibət zinadır. Eyni zamanda ifadələrimə görə, üzr istəyirəm başqasının qeyrətinə baxmaq qeyrətsizlik, namussuzluqdur. Eşitidiklərimə inanmaq istəmirəm, bu insanlara söz tapmıam deməyə. Görəsən bunlara insan adı vermək olarmı?”
“Bir çox hədislərdə məsumların dilindən deyilir bəzi heyvanlar var ki, onlar qeyrət mövzusunda nümunə çəkilir. Misal üçün bir dəfə hansısa ölkədə atın xüsusiyyətlərini yoxlamaq üçün onun gözlərini bağlayıb öz anasıyla yaxınlıq etdirirlər. At sonradan biləndə ki, o bu hərəkəti öz anasıyla edib, bir vasitəylə özünü öldürür. İndi heyvandakı qeyrətə baxın”.
Bəs buna İslamın münasibəti nədir? Bu cür hərəkəti edənləri İslam nə ilə cəzalandırmağı göstərir? İlahiyyatçı olaraq dini aspektdən mövqeyiniz maraqlıdır.
“Bu barədə təbii ki, İslamın və onun müqəddəs kitabı Qurani Kərim də mövqeyini bildirib. Bu cür hərəkətlər böyük günah və haramdır. Quranda bunu edənlərin cəzalandırılması tələb edilir. Olmaz belə şeylərin yayılmasının qarşısı alınmalıdır. Hər kəs buna öz etirazını bildirib qınamalıdır. Əslində bunlar hərtərəfli haramdır. Qeyri-şəri əməldir. Hz Məhəmməd peyğəmbər (s.a) buyurub ki, nə vaxt ki, zina çoxalar o zaman qəfl ölümlər artar. Hazırda təəssüf ki, son zamanlar cəmiyyətimizdə gözlənilməz insanların ölümünü eşidirk. Əlbəttə ölümlərin hamısını dediyim məsələ ilə əlaqələndirmək düzgün olmaz istisna hallar vardır. Peyğəmbərin dediyi sözlərə nəzər etdikdə bu cür hallar üst-üstə düşür. Sözügedən mövzuda isə günahın ən böyüyünü görürük. Həm öz məhrəmiylə həm də evli biriylə yaxınlıq zinadır.
“Quranda Nur surəsinin 2-ci ayəsində buyurulub” “ Zinaya yol vermiş qadına və kişiyə – hər birinə yüz sayda kötək (şallaq) vurun. Allaha və axirət gününə iman gətirmisizsə, Allahın dininin buyurduğu bu cəzaya görə nəbadə onlara rəhminiz gələ. Bir dəstə mömin də şahidlik etsin onların aldığı bu cəzaya. Göründüyü kimi
İslam da ağır cəzanı tələb edir”.
Başqa əlavəniz varmı?
Son olaraq təəssüflənirəm ki, bizim qanunumuzda vətən xaini kimi maddələlər bu hərəkəti edənlər üçün nəzərdə tutulmayıb. Bunlara namus, milli mənəvi dəyərlərə xəyanət edən xain adı verilməlidir. Ciddi tədbirlər görülməsə, ictimai kəskin qınağa səbəb olunmasalar sabah Allah etməsin bu iş adiləşə bilər. Digər pis əməllərin fəsadı kimi bu da yayılıb adətə çevrilməsin. Düzdür, bu cür xəbərlərin yayılmasının əleyhinəyəm. Amma vaxtında qarşısı alınmalıdır. Bütün nüfuzlu ölkə nümayəndələrimizdən xahiş edirəm, bu barədə ciddi addım atılsın. Ağır cəzalar tətbiq olunsun. Həmin nüfuzlu şəxslər də hansısa qeyrətli, sağlam əqidənin, əxlaqlı valideynlərin övladlarıdır. Əlbəttə onlar da istəməz öz ölkəsində, vətənində bu hallar baş versin. Bu barədə milli məclisdə, hüquq-mühafizə orqanları tərəfindən təcili olaraq ciddi ölçü götürülməlidir. Hər bir qeyrətli Azərbaycan vətəndaşı kimi mən də narahatçılıq hissi keçirirəm. Bu hər kəsi narahat edən məsələdir. Xahiş edirəm adıçəkilən mövzu aidiyyatı şəxslər tərəfindən ciddi nəzarətə götürülsün”.
Xatun Etibarqızı
Hədəf14.az üçün