ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
ABŞ səfirliyi aclıq aksiyası keçirən AXCP fəalı ilə bağlı çağırış edib

ABŞ səfirliyi Azərbaycan hakimiyyətini Zamin Salayevi azad etməyə çağırıb və onun ədalətsiz həbs edildiyini bildirib.
Bu barədə səfirlik “Turan”ın sorğusuna cavabında deyib.
“Zamin Salayevin aclıq elan etdiyi barədə məlumatlar bizə məlumdur. Onun işini yaxından izləməyə davam edirik”, – deyə səfirlik vurğulayıb.
Səfirlik Vaşinqtonun insan hüquqları və əsas azadlıqlarına sadiq olduğunu bəyan edib:
“Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərə dair öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq”.
ABŞ səfirliyi həmçinin hakimiyyəti ədalətsiz saxlanılanları da azad etməyə çağırıb:
“Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqları və əsas azadlıqlara hörmət etməyə, ədalətsiz və ya özbaşına saxlanılan bütün şəxsləri azad etməyə çağırır”.
