ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər
Hacı İlham Əliyevin həbs müddəti daha 5 ay uzadılıb

Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevin həbs müddəti yenidən uzadılıb.
Bunu Maide.Az-a açıqlamasında vəkil Cavad Cavadov deyib.
Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən İlham Əliyevin həbs qətimkan tədbirinin müddətini uzadıb. “Həbs müddəti 5 ay müddətinə 2021-ci ilin mart ayının 21-nə kimi uzadılıb. Biz məhkəmənin bu qərarından narazılığımızı bildirdik və qeyd etdik ki, həbs qəti imkan tədbirini uzatmaq üçün ciddi əsaslar olmalıdır. İstintaq tərəfi ümumi sözlərlə müraciət edib. Maddənin ağır olmasını əsas götürərək istintaq müddətini uzadılmasına qərar verildi. Amma bu o demək deyil ki, istintaq o qədər çəkəcək. Artıq məhkəmənin bu qərarından apellyasiya şikayəti vermişik.”
Vəkil C.Cavadov Hacı İlham Əliyevin işi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərildiyini bildirib. “Hazırda Hacı İlhamın işi Avropa Məhkəməsinə göndərilib. Əgər yeni qərardan veridyimiz apellyasiya şikayəti də təmin edilməsə bu qərarla bağlı da Avropa Məhkəməsinə şikayət göndəriləcək”.
Qeyd edək ki, Hacı İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb. Hacı İlham ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Hacı İlham Əliyev barəsində bundan öncə 4 ay müddətinə həbs qərarı çıxarılmış və bu müddət 4 ay müddətinə uzadılmışdı.