Hacı İlqar İbrahimoğlu Ceyhun Cəfərovun həbsi haqda

İlahiyyatçı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu ilahiyyatçı Ceyhun Cəfərovun həbsinə münasibət bildirib
İlahiyyatçı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu özünün sosial şəbəkə profilində bu haqda yazıb: “Bildiyiniz kimi, anamın müalicəsi ilə əlaqədar Bakıda deyiləm. Ruhani Hacı Ceyhun Cəfərovun həbs olunma xəbərini oxudum. Çox təəccübləndim. Bütün fəaliyyəti ilə mötədil yol tutmuş, ölkədə İslami ədəbiyyatın keyfiyyətli tərcümə etmə sahəsinin avanqardında getmiş, təkfirçiliyə qarşı mübarizədə ciddi maarifçilik işləri görmüş, bir ruhanidir. Onunla bağlı səslənən ittihamlar onu tanıyan hər kəs üçün , yalnız təəccüb və təssüf doğurur. Uca Allahdan xüsusi inayətlərini nəsib etməsini diləyirəm”. Qeyd edək ki, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, ilahiyyatçı Ceyhun Cəfərov 10 martda MTN əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə isə ilahiyyatçı haqqında 4 aylıq həbs qətiimkan tədbiri seçib. İstintaq MTN tərəfindən aparılır və Ceyhun Cəfərov MTN təcridxanasında saxlanılır.