ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Hacı İlqar İbrahimoğlu QMİ-nin qərarlarını tənqid etdi VİDEO

Ölkədə məscidlərlə bağlı açıqlanan qərarlara etirazlar davam edir.
Qafqaz.ir xəbər verir ki, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu da bu barədə geniş izahla çıxış edib.
O, bu qərarın Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmiş olmasını “acı lətifə” adlandırıb:
“Bu qərarları TƏBİB, Operativ Qərargah vermədi, amma rəsmi dini qurumun (QMİ – red) əli ilə etdirdilər. QMİ də buna razılıq verib. Dünyanın heç bir yerində məscidlərlə bağlı belə məhdudiyyətlər yoxdur. Azərbaycanda isə metrolarda, avtobuslarda, kafe-restoranlarda, marketlərdə belə məhdudiyyət olmasa da, məscidlərdə bu məhdudiyyətlərin qoyulması təəccüblüdür”.
DEVAMM sədri 14 yaşına çatmamış uşaqların məscidlərə buraxılmaması ilə bağlı qərarı isə iflamafobik qərar kimi izah edib:
“Onsuz da uşaqların ibadət yerlərinə aparılmasından çoxdandır ki, narahat idilər. İndi bunu QMİ-nin əli ilə qanuni formada qadağan etdilər”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı qərara əsasən 10 iyundan etibarən məscidlərə yalnız COVİD-19 pasportu əldə etmiş şəxslər buraxılaca. Həmçinin, cəmi 50 nəfərin girişinə icazə veriləcək.
Bundan başqa, yaşı 14-ə çatmamış uşaqların da məscidə girişinə qadağa qoyulub. Məscidə gələnlərin özü ilə möhür, təsbeh, dəsmal gətirməli olduqları da qərarda yer alıb.
Hacı İlqar İbrahimoğlu bu qərarlara münasibətini təqdim edirik: