ArxivXəbərlər

Hacı Möhsün Səmədovun “kars”a salınmasının detalları

AİP lideri 15 gün müddətinə cərimə kamerasına salınıb.

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Möhsün Səmədovun cərimə kamerasına salınmasının səbəbi onun bir neçə gün öncə mətbuata göndərdiyi məktublarla əlaqədardır. Sözü gedən məktubların 11 saylı cəzaçəkmə müəssisənin rəhbərliyini narahat etdiyi bildirilib.
Ruhani Hacı Möhsün Səmədov 11 saylı cəzaçəkmə müəssisənin durumu ilə bağlı yazdığı məktubda bildirib ki, bir neçə dəfə rəisə baş verən özbaşınalıqlarla bağlı məlumat verilib, amma rəis bunlara göz yumur: “Bu “zonda” böyük faciə baş verir. Narkotiki az qala “plasda” (“zon”un mərkəzi hissəsi) satırlar. Dəfələrlə müəssisəsinin rəhbərliyinə deyilib, amma heç bir faydası yoxdur. Beynəlxalq təşkilatlara, xüsusən “Qırmızı xaç”a da bu barədə bildirmişik. Bu məsələlər bilərəkdən həyata keçirilir. İnsanlar məhv olur. Qumar, pornoqrafik filmlər də bu cürdür.Əvvəlki rəisin zamanında bu cür deyildi.”/sahartv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button