ArxivIslamXəbər lentiXəbərlər

Erməni girovluğundan azad edilən Elvin İbrahimov evə buraxılıb

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, E. İbrahimovun səhhəti qaydasındadır.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E. İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Картинки по запросу Karapetyan Zaven Avanesoviç

Karapetyan Zaven Avanesoviç

İyunun 28-də E. İbrahimov Azərbaycana, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü, kəşfiyyatçı Karapetyan Zaven Avanesoviç isə müvafiq olaraq tərəflərə təhvil veriliblər. Girovluqdan azad edilən Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button