Hacı Taledən sensasiyalı şücaət
dindar məhbus bu qədər böyük işə imza atıb, ancaq onu demək olar ki, gənc dindar fəallar üçün hacı Tale nümunəyə çevrilərsə o zaman haqq səs boğulmaz.
Xatırlayırsınızsa saytımızda bildirmişdik ki, hacı Mövsüm kimi dəyərli dindarlarımızdan sonra yetişən gənc dindar fəallar daha kreativdir, buna misal olaraq isə dindar məhbus hacı Taleni misal çəkmişdik və qənaətimizdə yanılmamışıq. İki gün əvvəl hicab məhbusu hacı Talenin vəkili Cavad Cavadovun mətbuata verdiyi açıqlamada qeyd etmişdi ki, müstəntiq Vüsal Salehov hacı Tale Bağərzadəni dindirən zaman məhbus dindar müstəntiqə şəriətdən, şəriət hökmündən, dünyadan və axirətdən elə moizələr etmiş, elə şeylər danışmışdı ki, hüquq mühafizə orqanının müstəntiqi Vüsal Salehov təsir altında düşərək haqq səsi boğmaqdan imtina edib, öz xahişi ilə ərizə yazaraq tutduğ vəzifədən azad olunub. Bu xəbər əsl sensasiya kimi yayıldı, həqiqətən Azərbaycanda misli olamayan bir sensasiya kimi gündəmə gəldi. Burdan belə nəticə çıxır ki, əgər dindar savadlı, iradəli, imanlı, haqqı deməyə qorxusu yoxdursa hacı Telinin göstərdiyi şücaəti təkrarlaya bilər, onu da deyim ki, hacı Tale birinci dəfə deyil ki, şücaət göstərir, xatırlayırsınızsa bir müddət əvvəl məhbus dindar məhkəmədə cümə xütbəsi deməklə, həm hakimin həm də dövlət ittihamçılarının xütbəni dinləməsinə nail olmuş və məhkəmə prosesində cümə xütbəsini, höccəti tamamlamışdı. Belə şeylər əvvəllər olmayıb, ilk dəfədir ki, dindar məhbus bu qədər böyük işə imza atıb, ancaq onu demək olar ki, gənc dindar fəallar üçün hacı Tale nümunəyə çevrilərsə o zaman haqq səs boğulmaz.
islamtimes.org