ArxivXəbər lentiXəbərlər

Lənkəranda etiraz aksiyası keçirilib – FOTO + YENİLƏNİB

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi (DİN) bu gün Lənkəran sakinlərinin etiraz aksiyası keçirmələri barədə yayılan məlumatlara münasibət bildirib.

Qafqaz.ir -ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün Lənkəran şəhərində saat 15:00 radələrində 25-30 nəfər razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

“Lakin Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları bu qanunsuz cəhdin qarşısını dərhal alıblar. Onların aksiya keçirməyə cəhd göstərməsinin səbəbi həmin əraziyə yeni işıqforun quraşdırılması tələbi olub. Polis əməkdaşlarının sakinlərlə apardığı izahedici söhbətdən sonra onlar dağılışıblar. Bununla belə, şəhər sakinlərinin yeni işıqforun quraşdırılması ilə bağlı müraciətləri araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, – deyə o vurğulayıb.

E. Zahidov həmçinin qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində aksiyada 200 nəfərin iştirak etməsi ilə bağlı yaydığı məlumatlar həqiqətə uyğun deyil.

“Çünki yalnız 25-30 nəfər sakin aksiyaya cəhd edib. Baş verən hadisə ilə bağlı saxlanılan yoxdur”, – deyə E.Zahidov bildirib.

17:15

Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazinin 200-dək sakini etiraz aksiyası keçirib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəza hadisələrinin baş verdiyini bildiriblər.

Belə ki, “Şəhidlər Xiyabanı” küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında azı 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən təxminən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəza hadisəsində vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.

Bu küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq baxçası, iki məktəb və şadlıq sarayının olması, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artıran səbəblərdir.

Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada, əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin tikilməsi, yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulması olub.

Rəsmi şəxslər tərəfindən aksiya iştirakçılarının fikirləri dinlənilib. Zəruri tədbirlərin görüləcəyi bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button