Xəbərlər
Hakim ailənin üzvləri bahalı istirahət yerlərində şahanə dincəlir

Azərbaycan Respublikasında hakim ailənin üzvlərinin bahalı istirahət yerlərində şahanə dincəlmələri ictimaiyyətin diqqətini cəlb edib.
Bu gün ölkənin media məkanı o cümlədən internet saytları, bəzi TV-lər və sosial şəbəkələrdəki səhifələrdə Azərbaycan Respublikası Prezidentinin böyük qızı Leyla Əliyeva və onun Xalası qızı Ülviyyə Mahmudova-nın Qış tətilində Afrikada çəkdikləri şəkilləri geniş yayılıb.
ANS kanalı və bir çox internet saytlarının məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəkilləri İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.
L.Əliyeva qış tətilini isti Afrika ölkələrindən biri olan Cənubi Afrika Respublikasında keçirir.