ArxivXəbər lentiXəbərlər
Rusiya aeroportunda azərbaycanlılar saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərindəki hava limanında Azərbaycan vətəndaşları saxlanılıblar. FaktXəbər bildirir ki, bu barədə Krasnoyarsk Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Krasnoyarskdan Bakıya uçmalı olan təyyarənin iki sərnişini üzərindəki pullarla bağlı hesabatı düzgün vermədiyi üçün saxlanılıblar.
Saxlanılan qadında bəyannamədə göstərilməyən 88 min rubl (2208.8 AZN), kişinin üzərindən isə 73 750 rubl (1851.125 AZN) həcmində vəsait aşkar edilib.