ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hansı haqla erməni məhkumlarını azad edirsiz?

Bu günlərdə eşitdim ki, millətin qanını tökənlər, övladlarımızı şəhid edən ermənilər ali məhkəmənin qərarı ilə azadlığa buraxılıblar. Təbii ki, bu göstəriş əsasındadır. Sizlərdən soruşuram hansı haqla onları azad edirsiz?! Qanımızı tökdükləri üçün onlara təşəkkür etmək niyyətinizə görə?! Bəs, hansı haqla bizim günahsız övladlarımızı həbsxanalarda saxlamısız? Onları niyə buraxmırsız? Neçə illərdir ki, böyük ümüdlərlə onların yolunu gözləyirik. Amma hər dəfə siz onları yox,erməniləri buraxırsız.Budur sizin humanistliyiniz ?! Budur sizin işbilənliyiniz ?!
Mənə deyirlər ki, buraxılan o ermənilər Xocavənd – Hadrut istiqamətində 6 əsgər balamızı və bir mülki vətəndaşımızı şəhid edənlərdir. Həmin cinayət işində tutularaq, sonradan buraxılan 40-dan çox erməninin ən sonuncu qalanları idi.İndi xalqımıza hansı yalanlarla onları buraxdığınızı açıqlayacaqsız? Aldadılaraq verilməyən mina xəritələrinizlə, ya inkar edilən kütləvi məzarlıqlar adı ilə ?! Üzünüz “ağ” olsun.Buraxdığınız ermənilər elə dünən gecə sərhəddə balalarımızı atəşə tutublar yenə.
Burdan bir daha sizə müraciət edirəm; mənim oğlumu və onunla tutulanları günahsız yerə həbs etmisiz. Onları da buraxın. Əlləri qana batmış erməniləri buraxıb, övladlarımızı həbsdə saxlamaqla özünüzə qarşı az nifrət qazanın. Vicdanınız yoxdursa,heç olmasa bir az ləyaqətiniz olsun.
Siyasi məhbus Abbas Hüseynin anası Rəhimə Hüseynova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button