ArxivIslamXəbər lentiXəbərlər
Türkiyədə gəmidə partlayış və yanğın, ölənlər var

dünən gecə yerli vaxtla 23:30-da Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan “Petkim” limanında gəmidə partlayış baş verib.
Partlayış yanğına səbəb olub.
Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər müxtəlif xəsarət alıb.
Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.
DHA-nın məlumatına görə, hadisə ilə bağlı Əliağa qubernatoru Erhan Günay deyib: “SOCAR-a aid Petkim Limanında dəmirli gəmidə partlayış səbəbilə yanğın baş verib. Yaralanan 15 italiyalı və 1 rumin vətəndaşı xəstəxanaya çatdırılıb. Qurudan və dənizdən müdaxilə edilən yanğın, nəzarət altına alınıb.”
İzmir Prokurorluğu araşdırmalara başlayıb.