Harutyunyan erməniləri müstəqillik yolu ilə getməyə çağırır
Qarabağın separatçı lideri erməniləri müstəqillik yolu ilə getməyə çağırıb

qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyan Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avaqyanın sponsorluğu ilə tikilmiş çoxfunksiyalı idman kompleksi ilə tanış olmaq üçün Xocavənd rayonunun Çartar qəsəbəsinə səfər edib.
Harutyunyan su təchizatı, yol tikintisi və iş yerləri kimi yerli məsələlərdən danışdıqdan sonra son hərbi-siyasi hadisələrə toxunaraq bildirib ki, bu hadisələr daha çox geosiyasi vəziyyətlə bağlıdır və hamıya məlumdur ki, Azərbaycanın guya mütəmadi təxribatları ermənilərin Qarabağdan çıxarılmasına nail olmaq, üçtərəfli bəyanatla yaradılmış kövrək sülhü və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq məqsədi daşıyır.
Separatçı lider sonra erməniləri “güclü səbrə” və Dağlıq Qarabağın müstəqillik yolundan dönməməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinə heç bir status və ya imtiyaz verilməyəcəyini vurğulayır.