ArxivIslamXəbər lentiXəbərlər

Hazırda həbsdə olan ilahiyyatçılar; Mövsüm Səmədov və Abgül Süleymanovdan xəbər var

qafqaz.ir İslamazeri.com-a xəbər verir ki, dünən ilahiyyatçı Hacı Abgül Süleymanovun yaxınları onu 11-ci CÇM-də ziyarət edib. Onların bildirdiyinə görə, ruhani səhhəti və saxlanılma şəraitindən narazılıq etməyib.

“Hər şey yaxşıdır. Mütaliə və ibadətlə məşğul olur. Ərbəin ziyarətinə gedənlərə, xüsusilə orada islamçı məhbuslara dəstək əlaməti olaraq müxtəlif aksiyalar keçirənlərə öz təşəkkürünü bildirib.”, -deyə ruhaninin qaynatası Hacı Məsim Novruzov məlumat verib.

AİP sədri Mövsüm Səmədovun vəkili Cavad Cavadov da dünən müvəkkili ilə görüşüb.

Bu barədə vəkil özünün feysbuk divarında yazıb. Cavad Cavadov Qobustan həbsxanasında yaşanan su və natəmizlik şəraitinin hələ də həll olunmadığını qeyd edib.

“Mövsüm Səmədov, bütün dostlara salamlarının çatdırılmasını xahiş etdi. Onun saxlanılma şəraitində dəyişiklik yoxdur və yuxarıda sadalanan problemlər eynidir”.

Vəkil həmçinin yazıb ki, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərlə bağlı müdriyyətə şikayət edilib.

Həbsxana rəhbərliyi isə cavabında bildirilib ki, bunlar binanın köhnə olması və infrastruktur problemlərinə bağlıdır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button