İsrail kollaps astanasındadır və rəhbərlik iflic edilməməlidir.
bu barədə İsrail prezidenti İshaq Hersoq İsraildə məhkəmə islahatları layihəsinə qarşı keçirilən kütləvi etirazların fonunda etdiyi xüsusi müraciətində bildirib.
“Ölkə ictimai və konstitusion kollaps astanasındadır. Hər iki siyasi baxışa sahib vətəndaşlar zorakılıqdan imtina etməlidirlər, məxsusən də dövlət qulluqçları və seçilmiş vəzifəli şəxslərə qarşı“, – deyə o qeyd edib.
Hersoq deyib ki, hökumət islahatlarının xarakteri ilə bağlı onun özü də olduqca narahatdır. O əlavə edib ki, həmin islahatlar “demokratik əsaslara” zərbə endirə bilər.
Hersoq eyni zamanda vurğulayıb ki, həmin dəyişikliklərin təklifi qanunidir, lakin “qarşılıqlı güzəştlər üçün əsaslar” axtarılmalıdır.