Hicab – bir xanımın Allaha dediyi “Ləbbeyk” şüarıdır

Qadının naməhrəmdən üz çevirməsi – onun dini hünəri və onun camalınnı təcəllisidir. Ona qarşı aciz olması isə aşkar hünərsizlikdir ki, qadının dəyərindən azaldar. (Tebyan)
Bacım, bu dünya xarab abadlıqdır ki, hər yeri şeytanın (lən) minaları, çirkin baxışlar və təhlükə ilə doludur.
Bacım, bir qadının cismi xüsusiyyətləri – onun sirləridir. Hicab qadının bu sirlərini qoruyar. Ona görə də məbada, öz sirrini naməhrəmə ifşa edəsən. Bu zaman xəyanət etmiş olarsan. Allah xəyanət edənləri sevmir. Bil ki, qadının örtünməsi iffətinə vurulan möhürdür.
Həzrət Fatimə (s.ə) müsəlman qadın üçün Siratül-müstəqim yoludur. Örtünmək onun məktəbinin rəmzidir. Ona görə çalış ki, Həzrət Fatimə (s.ə) yolunun yolçusu olasan. Xanım (s.ə) buyururdu: “Bir qadın üçün ən yaxşı şey odur ki, kişiyə nəzər salmasın və kişi də onu görməsin”.
Sənin hicabın – Allah Təalaya verdiyin “Ləbbeyk” şüarıdır. Əgər İlahi sevgi olmasaydı, heç kəs agah şəkildə bu vacbatı yerinə yetirməzdi.
Bacım, sadəliyi öz zinətin qərar ver ki, başqalarına möhtac olmayasan.
İslami hicab bir qadının mənəvi gözəlliyinin təcəllisidir və qadın öz hicabı ilə mənəvi halından xəbər verər.
Qadının örtünməsi çox sayda vəsvəsə tufanının qarşısını alar və fitnələrə son qoyar.
Ey, hicab diyarının sakini! Necə də arifcəsinə meydana gəlmisən. Sənin dini geyimin ruzigarın paklarını şövqə gətirər. Çünki bu geyim döyüş meydanına gedənlərin zirehindən də üstün və ali məqamlıdır. Çünki o, kiçik cihad üçün mübarizə geyimidir, hicab isə böyük cihad yolunda geyilən geyimdir.
Qadının hicabı onun hüzurlu olmasına imza qoyar. Hicab hündür bir hasar kimi qadının cismi gözəlliklərini naməhrəmin gözündən qoruyar.
Ey, o kəs ki, zinət və bər-bəzəyə qərq olmusan! Öz zahirinlə öyünmə ki, sənin imtahan vasitəndir. Bunu yaxşı bil ki, insanın cismi gözəlliyi paltarları kimidir. Bir gün gələcək, köhnəlib xarab olacaq və qəbrə sakin olacaqdır.
Sənin dəyərin bundan da yüksəkdir ki, cismini ac qurdların nümayişinə qoymusan. Allahın sevgisini naməhrəmlərin çirkin sevisinə fəda etmisən. Axirət səadətini tez keçən həvəslərə görə ayaqların altına almısan.
Allahdan qorx! Çünki axirət atəşi dünya atəşindən daha çox yandıran və çoxşöləlidir.