
Martirosyan mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyinin qeyri-döyüş itkilərini gizlətdiyini və bir çox hallarda döyülərək öldürülən, intihar edən əsgərlərin guya Azərbaycan tərəfinin açdığı atəşlə öldüyünü açıqladığını bildirib.
Jurnalistlərdən bir neçəsi onun çıxışını “antimilli” adlandıraraq Martirosyanla mübahisə ediblər. Mübahisədən sonra bir neçə jurnalist mətbuat konfransını tərk edib.
Martirosyan deyib ki, Ermənistan Müdafiə Nazirliyinin orduya çağırışın başlaması barədə məlumatları istisna olmaqla qalan rəsmi məlumatlarına inanmır. Ekspert Azərbaycan tərəfinin açdığı atəşlə öldüyü deyilən, əslində isə intihar etdiyi üzə çıxan azı 4 əsgərin adını çəkib. O deyib ki, Müdafiə Nazirliyi bu cür ölümləri ört-basdır etmək üçün Azərbaycan ordusunun diversiya hücumu barədə uydurmalar yayır.
Jurnalistlərdən biri Martirosyanla mübahisəyə girərək Ermənistan tərəfinin yanvarın 20-də baş verdiyi iddia edilən diversiya açıqlamasına da şübhə edib-etmədiyini, bu cür açıqlamalar verəndən sonra həmin gün ölən erməni əsgərin valideynlərinin “gözünün içinə necə baxacağını” soruşub. Mətbuat konfransı bu mübahisələrlə bitib./Virtualaz/