Aktual
Hicab məhbuslarının apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində iki hicab məhbusu Seymur Bağırlı və Nofəl Məmmədovun apellyasiya şikayətinə baxılıb.Prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Qeyd edək ki,Nərimanov rayon Məhkəməsinin hökmü ilə Seymur Bağırlı və Nofəl Məmmədivun hər biri 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.