Hicab məhbusu Abgül Süleymanovdan xəbər var

Hicab məhbusu ilahiyyatçı Abgül Süleymanovun hamıya salamı var
Hicab məhbusu, ilahiyyatçı Abgül Süleymanovun səhhətində problem yoxdur. Bu barədə qafqaz.ir/az-a onun vəkili Zaman Səmədov deyib. Vəkil bildirib ki, A.Süleymanov özünü yaxşı hiss edir və səhhətində də heç bir problem yoxdur: “Dünən yanına getmişdim, vəziyyəti yaxşıdır. Özünü lap əla hiss edir. Vəziyyəti ilə əlaqədar olaraq heç bir şikayəti yoxdur. Hamıya da salamı var. Bütün qardaşlara salamını çatdırmağımı xahiş etdi”. Qeyd edək ki, ilahiyyatçı Abgül Süleymanov hazırda 8 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayır. Xatırladaq ki, A.Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib.