Aktual

Hicab məhbusuna hökm oxundu

Bərdə rayon məhkəməsi Seyid Nəsimi Həsənovun cinayət işinə xitam verib

Dünən Bərdə rayon məhkəməsində saat 18:00-a Seyid Nəsimi Həsənovun son məhkəmə prosesi keçirilib. Məhkəmənin vaxtı ani olaraq təyin edilib. Bu da məhkəmədə iştirak edənlərin sayının az olmasına səbəb olub.

Nəsimi Həsənovun vəkili məhkəmədə hakimə şahid ifadələrinin üst-üstə düşmədiyini, polislər ifadələrində təzadların olduğunu bildirib: “Digər fakt isə Nəsimi polisə özü gəlib. Hansı insan polisə gedəndə maşınında silah, cibində narkotik gətirər?! Bütün bunların şərləmə olduğu aşkardır.  Həbs olunandan sonra ona vəkil belə təyin edilməyib. Protokolda isə Nəsimi güya vəkildən imtina etdiyi qeyd edilib. Bütün bunları nəzərə alıb hörmətli hakimdən ədalətli qərar çıxarmasını istəyirik.” 

Məhkəmə vəkilin çıxışından sonra qısa fasilə elan edib. Fasilədən qayıdan hakim Əhməd Sariyev Seyid Nəsimi Həsənovun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasının ümumicəzaçəkmə müəssisəsində keçirməsinə hökm verib.

Seyid Nəsimi Həsənovun həbsinə səbəb isə 2012-ci il 5 oktyabr tarixində təhsil ocaqlarında 2 ildir davam edən hicab qadağasına Təhsil Nazirliyinin inzibati binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etməsidir.

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button