hicab şeiri

Anamiz Hezrəti-Zəhradan əmanətdir hicab
İki dünyada hicab əhlinə ziynətdir hicab
Hicab hər möminənin ismətidir iffətidir
Adıdı namusudu mənliyidi qeyrətidi
Izzidi şənidi ülviyyətidi şövkətidi
Elə fərz elə xanım güldü təravətdi hicab
Saxlayin məndən əmanət dedi Zəhra hicabı
Kərbəlada qorudu Zeynəbi-Kubra hicabı
Indi isə qalıb əllərdə Rüqəyya hicabi
Ya şərafətsiz ömürdü ya şəhadətdir hicab
Zalima Allaha bax Tanrıya bax irşad ol
Əmri-xəllada itaətdə bulun münqad ol
Ey deyən kəs qızına taxma hicab azad ol
Sən biqeyrət nə bilirsən nə qeyrətdir hicab
Istəsən Tanrı yanında olasan şəni əziz
Pərdəyi isməti cəht eyləyəsən saxla təmiz
Ta bu əxlaq ilə ol Həzrəti-Zəhraya kəniz
Onnan al dərsi heyatda gör nə şəvavətdir hicab
Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan
Gəldi feryadi nəva səsləri dağdan daşdan
Yenədə atmadı əmmaki hicabın başdan
Ey bacım bax yola gəl rahi-hidayətdir hicab
Olma yirtilmiş həya pərdəsi şeytan nökəri
Keç həya məktəbin ol bəxtəvərin bəxtəvəri
Çün hicab əhlinin üstündədir həqqin nəzəri
Həm bu dünyada həm üqbadə şərafətdir hicab
*****************************************************
Cahil insan, demə sən qadına bir bənddi hicab,
Qadının isməti, abrı, ona zinətdi hicab.
Hicab olmazsa əgər, şəxsiyyəti tapdalanar,
Nankor insan gözünə gör necə sərhəddi hicab.
Hicabın yoxluğudur aləmi çəkmiş fəsada,
Fəsad əhli olana gör necə də sərtdi hicab.
Allahın əmri budur qadına, örtsün hicabı,
Namazın düzlüyünə, qəbuluna şərtdir hicab.
Fatimə aşiqi, bağla hicabı, etmə günah,
Bağlasan aşiq olarsan nə lətafətdi hicab.
Həqq yolunda həmişə söz demək şərafətdir,
Hicabın qədrini bil, şani-şərafətdi hicab.
Səməndərin bu cahanda yoxdur xoş güzarı,
Nə qədər yoxdu cəmiyyətdə ona dərddi hicab.