ArxivIslamXəbər lentiXəbərlər

İran: “ABŞ-ın İranın hərbi mərkəzlərinə nəzarət etməsinə heç vaxt imkan verilməyəcək”

İranın Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti ABŞ-ın İranın hərbi mərkəzlərinə nəzarət etməsinə heç vaxt imkan verilməyəcəyini bildirib.

qafqaz.ir Deyerler.org -a istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti regiondakı son hadisələrlə əlaqədar belə danışıb: “Şahid olduğumuz son hadisələr İran ilə müttəfiqlərinin əldə etdiyi ardıcıl qələbələri nümayiş etdirir. İraqın ən böyük ikinci şəhəri olan Mosul azad edilməsindən sonra bu ölkənin düşmənlərinin bel bağladığı Tel-Afər şəhəri də azad oldu”.

Vilayəti sözlərini belə davam etdirib: “Suriyada da sionist İsrail rejiminin təxribatlarına baxmayaraq, sürətli bir şəkildə böyük nailiyyətlər əldə edilir və daha böyük məqsədlərə çatmaq vaxtı da yaxınlaşdı.

Dünənə qədər Suriyanın qanuni dövlətinin dəyişdirilməli olduğunu bildirən bəzi şəxslər, artıq indi Suriya prezidenti Bəşər Əsəd ilə əməkdaşlıq niyyətindədirlər. Bununla yanaşı, İran müqavimət cəbhəsində iştirak edən və özünə müttəfiq olan ölkələri dəstəkləməyə davam edəcək”.

ABŞ rəsmilərinin İranın hərbi zonalarının yoxlanmasına dair sözlərinə toxunan Vilayəti, belə deyib: “Nüvə müqaviləsi bəhanəsi ilə hərbi mərkəzlərimizə nəzarət etməyi hədəfləyən Amerikanın istəkləri gözündə qalacaq, çünki buna heç bir formada icazə verilməyəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button