IslamQadin və hicab

Hicaba qarşı daha bir hörmətsizlik

Hicab mini-ətəklə bərabər tutuldu.

Rusiyanın Mardoviya respublikası məktəblərində hicabı mini-ətəklə bərabər tutdular.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Mardoviya prokurorluğu hakimiyyətin orta məktəblərdə hicab qadağasını təsdiqləyib. Hakimiyyət bu qadağanı bu ilin may ayında qəbul etmişdi.

Bundan əlavə məktəblilərə müxtəlif dini atributları nümayiş etdirmək, cins və mini ətək, dərin dekolte və pirsinq qadağan edilib.

Mardoviya məktəblilərinə həmçinin saçlarını əlvan rəngləmək də qadağan edilib.

Qeyd edək ki, prokuror bu qərarı respublika müftisi Fəhim Şəfiyevin Mardoviya administrasiyasına şikayətindən sonra tanıdığını elan edib. Müfti öz şikayətində bu qanunun hazırlanarkən məktəblilərin dini etiqad azadlığı ilə bağlı konstitusiya hüquqlarının pozulduğunu bildirib.

www.oxu.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button