ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Hicablı pilot stereotipləri sındırır

Fatimə Cakoet Cənubi Afrika Respubklikasında (CAR) sərnişin avialaynerinin şturvalı arxasında əyləşmiş ilk müsəlman qadındır.
Fatimə xanım bu hüququ 2005-ci ildə qazanıb. O, həmin ildə lazımi hazırlıqları keçib.
Əvvəl-əvvəl hicablı xanıma qarşı skeptik və mənfi yanaşırdılar. Buna səbəb isə 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada islamofobiyanın artması idi.
Müsəlman xanım ilk zamanlar hava limanında toksiqoloq və narkotik üzrə mütəxəssis kimi işləyib, daha sonra isə uçuş peşəsi ilə maraqlanaraq Avstraliyadakı uçuş kollecinə daxil olmaq qərarına gəlib.
O deyir ki, karyeranın başlanğıcında ona bir müsəlman xanım kimi çox çətin idi.
Fatimə xanım zamanla avia şirkətin pilotu olmaqla yanaşı, həm də müvəffəqiyyətsiz ailələrdən olan uşaqlara yardım üzrə qeyri-kommersiya şirkətinin əsasçısıdır. Bu təşkilat öz fəaliyyəti dövründən 50 mindən çox yetkinliyə çatmamış uşağa dəstək verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button