Aktual
Hicablı qadınlara qarşı şiddətə cavab

Azadxeber.net internet qəzetinin “Hurriyet.com”a istinadən verdiyi xəbərə görə, bir qrup qadın Türkiyədəki hicab qadağası və Gezi Parkı problemi ilə əlqədar yürüş ediblər. Hicablı qadınlara hücuma reaksiya üçün aktivistlər qadınlara təcavüz və şiddət istəmədiklərini bildiriblər.
Əlliyə yaxın qadın “Örtülü-örtüsüz qadına təcavüzə xeyr” demək üçün etiraz yürüşü ediblər. Qrup üzvləri vətəndaşlara “biz müsəlman qadınlar, Gezi müqaviməti başladığından əvvəl, müqavimətin içində iştirakçı olaraq İstanbulun müxtəlif səmtlərində hicablı qadınların bəzi hücumlara məruz qaldığını bilirik. Həyata keçirilən bu hücumlar bizi narahat edir” yazılı çağırış mətni paylayıb.