Hicablı qız 700 bal topladı

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının 700 bal toplamış üçüncü abituriyenti – Flora Qafarova
“Araz” kurslarında hazırlıq keçən Flora məktəbdə yaxşı oxuduğu üçün elə də çətinlik çəkmədiyini deyir. “Məktəbdə hər zaman seçilmişəm. Ona görə hazırlaşanda narahatlıq yaşamadım. Tam iki il “Araz” kurslarında hazırlığa da getmişəm”.
F. Qafarova fənn olimpiadalarında da yer tutduğunu, amma adının qızıl medal alacaq namizədlərin siyahısına salınmadığını bildirib. “Azərbaycan dili fənninin və Vergilər Nazirliyinin olimpiadasında yer tutmuşam. Adım qızıl medala salınmayıb. Bunu nə mən istəmişəm, nə də məktəbdən irəli sürülüb”.
Yüksək nəticə əldə edən F. Qafarova xarici ölkədə oxumağı planlaşdırmadığını qeyd edib. “Qafqaz Universitetinin tərcüməçilik fakültəsində oxumaq istəyirəm. Hazırda xarici ölkədə oxumaq planım isə yoxdur”.(modern)