ArxivXəbər lentiXəbərlər

“Çingiz Qurbanovun şəhidliyi Mübariz İbrahimov hadisəsini xatırladır”

Üzeyir Cəfərov: “Yaxın günlərdə biz Çingiz Qurbanovun nəşinin geri qaytarılmasının şahidi olacağıq”.

Ötən il Dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan- Azərbaycan sərhədini pozmağa cəhd göstərərkən, düşmənin həmləsini uğurla dəf edən və qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə ucalan əsgər Çingiz qurbanovun nəşi hələ də geri qaytarılmır. Erməni tərəfi müxtəlif bəhanələr uydurmaqla şəhidin nəşinin geri qaytarılması prosesini qəsdən uzadırlar.

Bəs görəsən Çingiz Qurbanovun nəşi nəyin müqabilində geri qaytarıla bilər?

İslaminsesinin sualını cavablandıran hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, erməni tərəfi müxtəlif bəhanələr uydurur. Əsgər Çingiz urbanovu diversant olmaqda ittiham edir: “ Biz bu kimi yalnış məlumatların yayılmasına imkan verməməliyik. Çünki diversantın üzərində xüsusi ləvazimatlar və avadanlıqlar olur. Şəhid əsgərimizin üzərində isə bu kimi avadanlıqlar olmayıb. İkincisi isə erməni tərəfi guya 7 nəfər Azərbaycan əsgərini məhv etdiyini iddia edir. Bir əsgərimizin isə ələ keçirildiyini açıqlayır. Məntiqlə fikirləşdikdə əgər ermənilərin bu iddiaları doğru olsa idi, ortalığa foto və ya video fakt qoyardılar. Belə bir görüntülər isə yoxdur. Onlar özləri də etiraf etdilər ki, diversiya tapşırığı yerinə yetirərkən Azərbaycan əsgərinin sayıqlığı nəticəsində iki əsgər və bir zabitlərini itiriblər. Bu daha çox Milli Qəhrəman Mübariz İbrahimovun hadisəsini xatırladır. Yəni ermənilər o qədər acıqlı idilər ki, uzun müddət Mübariz İbrahimovun nəşini geri qaytarmırdılar. Lakin sonradan buna məcbur qaldılar. İndi isə şəhid Çingiz Qurbanovla bağlı həmin mənzərə yaşanır. Lakin ermənilərin şəhidin nəşini qaytarmaqdan başqa çıxış yolları yoxdur. Çünki şəhidimizin nəşinə qarşı sayğısızlıq Ermənistanın öz ziyanına işləyən bir məsələdir. Yaxın günlərdə biz Çingiz Qurbanovun nəşinin geri qaytarılmasının şahidi olacağıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button