Hizbullah liderlərindən olan Şeyx Nabil Qaouk İsrail ilə növbəti müharibə üçün Hizbullahın minlərlə sünni ilə birlikdə hazırlıq gördüyünü deyib.
Livanın “The Daily Star” qəzetinə danışan Nabil Qaouk, “İsrailin məzhəblərarası ədavəti qızışdırmasına Hizbullahın cavabı budur ki, növbəti müharibə üçün minlərlə sünni qardaşımızla birgə hazırlıq görürük. Livan müqavimətin cərgələrində yer alacaq”, – deyə bildirib.