ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran Səfirliyi prezident İlham Əliyevi təbrik edib

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
bu barədə İran Səfirliyinin rəsmi tvitter hesabında məlumat verilir.
Təbrik mesajında deyilir:
“İranın Azərbaycandakı Səfirliyi dost, qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!”