Xəzər dənizinin hüquqi statusu ilə bağı dövlət başçılarının növbəti sammiti gələn il Astanada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib.
İ.Rəhmipur bildirib ki, Xəzəryanı dövlətlərin çox yaxşı münasibətləri var. Bu dövlətlər iqtisadi və siyasi əməkdaşlığı davam etdirmək istəyirlər. İran bütün Xəzəryanı dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirmək istiqamətində addımlar atır.