
11 Zilhiccə 1435-ci il – 7 sentyabr 2014-cü il. Vilayət səmasının 8-ci ulduzu olan İmam Rzanın (ə) xuddamları (xidmətçiləri) onun görüşünə, onun ziyarətinə gəlib. Aləmin zəvvarlarına xidmət edən xuddamlar, özləri bu dəfə zəvvar idilər. Həm özlərinin, həm də ziyarətinə gəldikləri cənabın ağasının, mövlasının adından gəlmişdilər. Gələrkən əliboş gəlməmiş, alim üçün son nəfəsinədək sevə-sevə xidmət etdiyi İmamın (ə) müqəddəs bayrağını gətirmişdilər. O bayraq ki, onun aşiqi idi. O bayraq ki, həyatına nur qatmış, ömrünə bərəkət vermişdi.
***