ArxivXəbər lentiXəbərlər

İçimizdə yalan cücərir, Allah

Ey öz taleyinin sahibi çıxmaqdan daha çox, onun tamaşaçısı olmağa üstünlük verən “mübariz” millətim, -qul olmaq bu qədərmi şirin? Noldu sənə?.. Birləşib yumruğa dönməli olduğun halda nədən əzilib-büzülüb yumağa döndün?
Nooldu sənin dəniz tək özünü öz içindən təmizləyib – durultmaq qabiliyyətinə?

Paslandınmı, hisləndinmi, kirləndin, çirkləndinmi?..

Bu qədər sümsüy it kimi quyruq bulayan nadanlar, yaltaqlar haradan çıxıb üzünə cırmaq atdılar!.. Haqqı, ədaləti, vicdanını, üstəlik şəxsiyyət və ləyaqətini itirmiş bu məlunlar sürüsü məgər səndən deyildilərmi, sənin belindən gəlməmişdilərmi? Nədən onlara doğru-dürüst yol göstərə bilmədin?! Bacarmadın ya gücün çatmadı?..
Hakimiyyəti YALAN atına minmiş, məhkəməsi və millətinin Məclisi şərə ərə getmiş, müxalifəti birləşməyə gərnəşmə kimi baxan uca millətim, nə vaxtacan fil qulağında yatacaqsan axı? Oyan, dur! Oyan özünə qayıt! Oyanmasan, qayıtmasan yanılacaqsan. Yanılıb öləcəksən!.. Vallah, öləcəksən! Bu gün bizim işimiz cənnət qazanmaqdan daha çox, cəhənnəmdən xilas olmaqdır, bil. Bunu dərk et, ay mənim ürəyim, qanım, gözümün işığı – millətim! Bu qədər vicdanlı oğul-uşaqlarını şərləyib zindanlara salırlar… bu sənə görə olmurmu?! Axı onlar sənin ağrı-acılarına dözmədikləri səbəbindən zindanlarda qovrulurlar!..Bu qədər talan olarmı, bu qədər yalan olarmı, canım, ruhum millətim?!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button