ArxivIslamXəbər lentiXəbərlər

İcra başçısı jurnalisti döydü – Video

Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.
“Rossiya-24” telekanalının “Xəbərlər. Növbətçi hissə” proqramının müxbiri İvan Litomin rayon başçısına dörd il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də qeyri-insani şəraitdə yaşadıqları haqda sual verib. Bundan sonra rayon başçısı jurnalistə hücum edib və onu döşəməyə yıxıb. Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.
Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button