İİR-ın Rusiyadakı səfiri: “Ortaq təhdidlər” Moskva və Tehranı daha da bir-birinə yaxınlaşdırır

Diplomatın sözlərinə görə, hər iki ölkə, “xarici qüvvələrin başqa dövlətlərin daxili işlərinə müdaxilə etməsinə imkan vermir. Xalqlar və ölkələr özləri qərar verməlidirlər”.
İran İslam Respublikasının Rusiya üzrə səfiri Məhmud Rza Səccadi “İnterfaks” agentliyinə verdiyi müsahibədə bildirib: “Moskva və Tehran arasında münasibətlər müsbət istiqamətdə inkişaf edəcək.” Diplomat, iki ölkə prezidentlərinin sentyabr ayında, Bişkekdə keçiriləcək ŞƏT zirvə toplantısında görüşün çox səmərəli olacaqını bildirib. Bu, Vladimir Putinlə İran İslam Respublikasının yeni lideri Höccətül İslam vəl Müslimin Həsən Ruhani arasında ilk görüşüdür. Səfir əmindir ki, Tehranla Moskav arasında çoxlu ortaq məsələlər mövcuddur, buna görə də, iki ölkə arasında mövcud münasibətlər “nəinki qorunub saxlanılacaq, hətta bundan sonra da inkişaf edəcəkdir.”
Diplomatın sözlərinə görə, hər iki ölkə, “xarici qüvvələrin başqa dövlətlərin daxili işlərinə müdaxilə etməsinə imkan vermir. Xalqlar və ölkələr özləri qərar verməlidirlər”.